Gürcüstanda etnik azlıqlarla bağlı Şok tədqiqat

Dünya 16:25 18.05.2019

Gürcüstanın Sosial Tədqiqatlar və Analiz İnstitutu Açıq Cəmiyyət Fondunun dəstəyi etnik azlıqların ölkənin siyasi həyatında iştirakı tədqiqatının nəticələrini yayımlayıb.

Eurasia Diary xəbər verir ki, tədqiqatda ölkədə yaşayan etnik azlıqların daha çox öz dini təşkilatlarına güvəndiyi əks olunub. Ondan sonrakı yerlərdə Avropa Birliyi, polis və KİV qərarlaşıb.

Etnik azlıqlar daha az Gürcüstandakı siyasi partiyalara, Türkiyə, Ermənistan, Azərbaycan, Rusiya hökumətlərinə, eləcə də Gürcüstan hökuməti, parlamenti və prezidentinə güvəndiklərini bildiriblər. Bununla belə, entik azlıqların arasında da bu sistemlərə, təşkilatlara qarşı yanaşmada müəyyən fərqlərin mövcud olduğu müəyyən olunub. Məsələn, ölkədəki erməni icması ən az Türkiyə hökumətinə güvəndiyini açıqlasa da, Azərbaycan icması üçün bu sırada Ermənistan, kistlərdə Rusiya, osetinlərdə isə Ermənistan və Azərbaycan dayanır.

Tədqiqatda həmçinin etnik azlıqların parlamentdə ən yaxşı təmsil olunduqları çağırışın 2016-cı ilə aid olduğu bəlli olub. Belə ki, bu çağırışda parlamentdə 11 etnik azlıq nümayəndəsi özünə yer edib və bu da ümumi deputatların 7,3%-ni təşkil edib.

Etnik azlıq nümayəndələrinin 74,5%-i Gürcüstandakı parlament seçkisində iştirak etdiklərini desələr də, onların 91,5%-i seçki kampaniyalarının planlaşdırılmasında heç vaxt iştirak etməyib. Etnik azlıqların fikrincə, Gürcüstanın siyasi məkanında etnik azlıqların maraqlarını ifadə edən siyasi partiya yoxdur. Belə ki, etnik azlıq nümayəndələrinin 70%-nin iddiasına görə, partiyalar heç bir formada etnik azlıqlarla əməkdaşlıq etmək istəmir. Azlıqların nümayəndələrinin cəmi 12,6%-i siyasi partiyalara güvəndiklərini bəyan edib.

Etnik azlıqların daha çox yaşadığı Qardabani, Marneuli, Bolnisi, Dmanisi, Çalka, Ahalsıx, Axalkalaki, Ninoçminda kimi bölgələrdə yerli özünüidarəetmə orqanları ilə bağlı vəziyyət bərbad gündədir. Belə ki, ümumilikdə 8 bölgədəki özünüidarəetmə orqanlarının məclislərində ortalama olaraq hər 779 gürcüyə 1 nümayəndə düşdüyü halda, ermənilər üçün bu ortalama 1116 nəfərdir. Ən bərbad göstərici isə azərbaycanlılarla bağlıdır. Belə ki, azərbaycanlılar üçün bu ortalama göstərici 2945 təşkil edir. Etnik azlıq nümayəndələrinin 83,6%-i heç vaxt yerli özünüidarəetmə orqanlarının illik büdcə müəyyənləşdirilməsi, şəhər şurasının iclasında iştirak və sairə kimi tədbirlərində iştirak etməyib.

Tədqiqat zamanı bəlli olan başqa məqam gürcü diliylə bağlı olub. Belə ki, müəyyən edilib ki, gürcü dilinin bilik səviyyəsi nə qədər yüksəkdirsə, o qədər də şəxslərin siyasi proseslərdə iştirak imkanları artır. Gürcüstandakı etnik azlıqlar arasında gürcü dilinin bilmə səviyyəsinə görə ilk yerdə kistlər (tədqiqatda bunun üçün nəzərdə tutulan 25 baldan 22,11-ni toplayıblar – red.) qərarlaşıblar. Ondan sonrakı yerlərdə osetinlər (21,67 bal) qərarlaşıblar. Azərbaycanlılarda bu göstərici 9,67 təşkil edib.

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Hamısı