Mixail Saakaşvili Ukraynanın yeni seçilmiş Prezidenti Vladimir Zelenskiyə Moskva ilə münasibətləri necə qurmaq lazım olması barədə məsləhət verib.
Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, bu barədə Saakaşvili “Naş” telekanalında çıxışı zamanı danışıb.
Saakaşvilinin sözlərinə görə, Moskva danışıqlara qadir deyil. Bu səbəbdən Zelenski Moskva ilə oynamamalıdır.
Ukraynanı “kölgə dövlət” adlandıran Saakaşvili Zelenskiyə mövcud daxili-siyasi problemlər barədə xəbərdarlıq edib.