Bu gün Hindistanda parlament seçkiləri keçirilir | Eurasia Diary - ednews.net

19 İyun, Çərşənbə


Bu gün Hindistanda parlament seçkiləri keçirilir

Dünya A- A A+

Hindistanda bu gün başlayan parlament seçkilərinin yekun yeddinci mərhələsində təxminən 101,7 milyon insanın iştirak edəcəyi gözlənilir.

Eurasia Diary xəbər verir ki, seçicilər 918 namizəd arasından seçim etməli olacaqlar. 

Qeyd edək ki, ölkədə parlament seçkiləri prosesi bir aydan çoxdur ki, davam edir. 29 ştat və 7 ittifaq ərazilərində səsvermə yeddi mərhələyə bölünüb. İlkin səsvermə aprelin 11-də baş tutub. 

Səsvermənin nəticəsi mayın 23-də elan olunacaq. 

Ən çox səs toplayan partiya hakim koalisiyanı təşkil etmək, hökuməti formalaşdırmaq və baş nazir təyin etmək səlahiyyətlərinə sahib olacaq. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...