Hər millətin hədəfi və uğrunda ölməyi belə gözə aldığı "qızıl alma"sı var.
Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Bizim "qızıl alma"mız da böyük və güclü bir Türkiyənin var olmasıdır. Biz millətimizin üzərinə səpilmiş ölü torpağını onların dəstəyi ilə təmizlədik. Millətimizin əmanətini əsla yerə salmayacağıq. Türkiyəyə sədaqətlə xidmət edəcəyik", - Ərdoğan bildirib.
Qeyd edək ki, türk mifologiyasında "qızıl alma" uzaq hədəfləri simvolizə edir. Burada hədəf uzaq götürüldükcə onun cazibə qüvvəsi daha da artır.