Yerevanda Avropa İttifaqı nümayəndəliyi qarşısında etiraz aksiyası keçirilir | Eurasia Diary - ednews.net

24 İyun, Bazar ertəsi


Yerevanda Avropa İttifaqı nümayəndəliyi qarşısında etiraz aksiyası keçirilir

Dünya A- A A+

Yerevanda Avropa İttifaqı nümayəndəliyinin qarşısında Ermənistanın "Adekvad" İctimai Birliyi tərəfindən başlanan etiraz aksiyası keçirilib.

Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.

Aksiya iştirakçılarının əlində üzərində "Take your puppets back" ("Kuklalarınızı götürün!"), "Armenia under occupation" ("İşğal edilmiş Ermənistan!") yazılmış plakatlar var.

Təşkilat hesab edir ki, indiki baş nazir Nikol Paşinyan Ermənistanı dövlətçilik itkisinə aparan sabotajın yalnız ifaçısıdır, idarəetmənin əsas rıçaqları isə xarici agentlər şəbəkəsi vasitəsilə gizli sahiblərin əlindədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...