Akardan F-35 açıqlaması - 2 təyyarə gəlir… | Eurasia Diary - ednews.net

27 İyun, Cümə axşamı


Akardan F-35 açıqlaması - 2 təyyarə gəlir…

Dünya A- A A+

4 təyyarə bizə təhvil verilib, 4 pilotumuz hazırda ABŞ-dadır.

Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar ABŞ-la F-35 razılaşmasının vəziyyəti ilə bağlı danışarkən deyib.

“47 zabitimiz texniki baxış xidmətlərini həyata keçirir. Noyabr ayında 2 təyyarə gələcək. Bu təyyarələr Malatyadakı bazada yerləşdiriləcək”, - Akar bildirib.

Qeyd edək ki, ötən gün Türkiyənin S-400 zenit-raket kompleksinin alışından 2 həftə ərzində imtina etməyəcəyi halda ABŞ-ın Ankaranı F-35 layihəsindən çıxaracağı haqda Amerikanın CNBC kanalı öz mənbələrinə istinadla məlumat yayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...