Rada prezidentə qarşı - Zelenskinin təklifi rədd edildi | Eurasia Diary - ednews.net

27 İyun, Cümə axşamı


Rada prezidentə qarşı - Zelenskinin təklifi rədd edildi

Dünya A- A A+

Ukrayna Radası Prezident Vladimir Zelenskinin təklif etdiyi Seçki qanunu layihəsini gündəmə çıxarmaqdan imtina edib.

Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, Zelenskinin təklifinin dəstəklənməsi üçün keçirilən səsvermədə təklifin lehinə 92 deputat səs verib. Təklifin gündəmə gəlməsi üçün nəzərdə tutulan 226 səsin toplana bilməməsi ucbatından qanun layihəsi müzakirəyə çıxarılmayıb. Bundan sonra Radanın sədri Andrey Parubiy parlamentin növbədənkənar iclasını qapadıb.

Qeyd edək ki, Zelenskinin təklifinə əsasən, ölkədə majoritar sistem ləğv edilməli, partiyaların Radaya düşməsi üçün baryer 5%-dən 3%-ə endirilməli idi.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...