Türkiyə S-400 alacağı təqdirdə, F-35 proqramından çıxarılacaq - Nümayəndələr Palatası | Eurasia Diary - ednews.net

22 Sentyabr,


Türkiyə S-400 alacağı təqdirdə, F-35 proqramından çıxarılacaq - Nümayəndələr Palatası

Dünya A- A A+

ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsi Türkiyənin Rusiyadan S-400 sistemlərini alacağı təqdirdə F-35 proqramından çıxarılmasına dair qərar layihəsini qəbul edib.

Eurasia Diary-nin “Amerikanın səsi”nə istinadən verdiyi məlumata görə, palata üzvləri həmçinin Türkiyəni S-400 raket əleyhinə müdafiə sisteminin tədarükünü təxirə salmağa çağırıb. Xarici əlaqələr komitəsinin rəhbəri Eliot Engel çıxışı zamanı bildirib ki, Rusiya silah sisteminin tədarükünü təxirə salmasa, ABŞ Türkiyəyə silah satmamalıdır: “NATO-ya üzv ölkə rus silahını ala bilməz”.

Sənəd Nümayəndələr Palatasına mayın 10-da təqdim edilib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...