Ağlaya-ağlaya istefa verdi - "Böyük Britaniyanın baş naziri..." - VİDEO | Eurasia Diary - ednews.net

27 İyun, Cümə axşamı


Ağlaya-ağlaya istefa verdi - "Böyük Britaniyanın baş naziri..." - VİDEO

Dünya A- A A+

İngiltərənin baş naziri Tereza Mey istefa verib.

 

Eurasia Diary xəbər verir ki, Mey 7 iyunda vəzifəsindən gedəcəyini açıqlayıb.

 

O, istefası ilə bağlı İngiltərə Kraliçası II Yelizavetaya məlumat verdiyini də deyib. Mey, eyni zamanda, lideri olduğu Mühafizəkarlar Partiyasından da ayrılacaq.

 

Baş nazirlik ofisi qarşısında jurnalistlərə açıqlama verən Tereza Mey çıxışının sonunda duyğulu anlar yaşayıb: “Avropa İttifaqı referendumunun nəticəsini reallaşdırmaq üçün cəhd göstərdim. Referendumu tətbiq etmək üçün əlimdən gələn hər şeyi etdim. Lakin üzülərək söyləyirəm ki, millət vəkillərini “Breksit” üçün yola gətirə bilmədim. Artıq bu mübarizəni başqa baş nazirin vermək vaxtı gəlib çatdı”-, Mey bildirib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...