Müxalifət Venesuelanın ABŞ-dakı səfirliyini ələ keçirdi - VİDEO | Eurasia Diary - ednews.net

21 Sentyabr, Şənbə


Müxalifət Venesuelanın ABŞ-dakı səfirliyini ələ keçirdi - VİDEO

Dünya A- A A+

Venesuela müxalifətinin lideri Xuan Quaydonun tərəfdarları ölkənin ABŞ-dakı səfirliyinin binası üzərində nəzarəti ələ keçiriblər.

Eurasia Diary “RİA-Novosti”agentliyinə istinadən xəbər verir ki, bu haqda Venesuela Milli Assambleyasının lideri Xuan Quaydonun nümayəndəsi Karlos Vekkyo bildirib.

“Bizim səfirliyimiz azaddır. Diktaturanın sonu yaxınlaşır”, - Karlos Vekko tvitter səhifəsində yazıb.

Onun sözlərinə görə, hazırda uzun müddət səfirlik binasını öz nəzarətləri altında saxlayan Venesuela prezidenti Nikolas Maduronun tərəfdarları - Amerika fəallarının binaya vurduğu ziyan qiymətləndirilir. Müxalifət nümayəndəsi qeyd edib ki, ziyanın ölçüsü əhəmiyyətlidir və binanın tam bərpası üçün müxalifətə uzun müddət lazım olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...