Nazarbayev Türk Şurasının fəxri prezidenti oldu | Eurasia Diary - ednews.net

17 Avqust, Şənbə


Nazarbayev Türk Şurasının fəxri prezidenti oldu

Dünya A- A A+

Nursultan Nazarbayevə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Fəxri prezidenti statusu verilib.

Şuradan Trend-ə verilən məlumata görə, qərar Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Qazaxıstanın keçmiş Prezidenti N.Nazarbayevlə görüşündən sonra keçirilən mətbuat konfransında elan edilib.

N.Nazarbayevə fəxri ad türk dünyasının inkişafı üçün xüsusi xidmətlərinə görə Türk Şurasına üzv ölkələrin başçılarının qəbul etdikləri qərara əsasən verilib.

N.Nazarbayev türk xalqları arasında əlaqələri inkişaf etdirmək və gücləndirmək üçün bundan sonra da lazımi dəstək verəcəyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...