Lavrovla söhbətdən sonra erməni nazirin halı dəyişib - “təcili yardım” çağırıblar | Eurasia Diary - ednews.net

27 İyun, Cümə axşamı


Lavrovla söhbətdən sonra erməni nazirin halı dəyişib - “təcili yardım” çağırıblar

Dünya A- A A+

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığından sonra arterial təzyiqi yüksəlib. Bnu “168 jam” qəzeti yazıb.

 

Bildirilib ki, ötən həftə Z.Mnatsakanyan iş yerində özünü pis hiss edib. Ermənistanın Xarici İşlər Nazirliyinə təcili tibbi yardım çağırılıb. Həkimlər onun arterial təzyiqinin birdən artdığını müəyyən ediblər.

 

“XİN-dən olan mənbə təsdiqləyib ki, Zöhrab Mnatsakanyanın təşəbbüsü ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub. Danışıq çox çətin və ağır keçib. Telefon danışığının detalları hələ ki məlum deyil. Bununla belə, danışığın ermənistanlı nazir üçün arzuedilməz istiqamətdə keçdiyi göz önündədir”, - qəzet vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...