Ermənistan ordusunun təlimi faciə səbəbi ilə yarımçıq dayandırılıb.
Bu gün işğalçı Ermənistan ordusunun 10-cu dağ atıcı diviziyasının tərkibində yerləşən 41-ci artilleriya alayının 1-ci diviziyonunda 152 mm-lik D-20 topu partlayıb.
Təlim zamanı baş verən partlayış nəticəsində 3 əsgər, 2 zabit həlak olub. Bir yüksək rütbəli zabit və bir gizir ağır yaralanıb.
Partlayış Ağdam rayonunun işğal altında olan Uzundərə adlanan ərazisində baş verib.