Yaxın və Orta mənzilli raketlərin məhvi anlaşmasının xilası üçün tərəflər siyasi iradə göstərməlidir.
Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, bu sözləri NATO rəhbəri Yens Stoltenberq deyib.
“Vaxt olduqca azdır. Lakin nə qədər ki gec deyil, müqaviləni xilas etmək olar”, - deyə alyans rəhbəri bildirib.
Xatırladaq ki, 2019-cu ilin fevralında ABŞ Prezidenti Donald Tramp ölkəsinin sözügedən müqavilədən çıxdığını bəyan etmişdi.
Rusiya dövlət başçısı Vladimir Putin də öz növbəsində Moskvanın bu müqavilə öhdəliklərinin icrasını dayandırması ilə bağlı qərar vermişdi.