"Unudursa, camaat onun başını daşla əzəcək!" İrəvanla Xankəndi arasında "soyuq savaş" başlandı

Dünya 13:58 27.05.2019

Köçəryanı, Sarqsyanı, Saakyanı dəstəkləyənləri ağıllı və məntiqli davranmağa çağırırıq. Əgər onlar indiki kimi düşmənçiliklə, xəyanətlə məşğul olsalar, çox ağır cəzalanacaqlar. Saakyanı və onun tərəfdarlarını isə son dəfə xəbərdar edirik!

Ermənistanın paytaxtı İrəvanda, Teatr Meydanındakı mitinqdə tribunadan bu şüarlar səslənib.

Ölkənin ikinci, sabiq prezidenti Robert Köçəryanın əleyhdarlarının toplaşdığı mitinqdə Ermənistanın baş naziri Nikol Paşinyan dəstəklənib. Aksiya iştirakçıları baş naziri "tək qoymayacaqlarını" deyiblər. Onlar ölkənin məhkəmə sistemində köklü islahatların aparılmasının zəruriliyi və qaçılmazlığı ilə bağlı N.Paşinyanın çağırışlarının da "bir an öncə, təcili qaydada" reallaşdırılmasını istəyiblər.

Mitinq İrəvanın mərkəzi küçələrində yürüşlə başa çatıb.

Aksiyanın səbəbi mayın18-də İrəvandakı Nor Nork məhkəməsinin qərarı ilə Robert Köçəryanın zaminə buraxılması olub. Köçəryan üçün zaminə duranlar isə Dağlıq Qarabağdakı separatçı rejimin lideri Bako Saakyan və onun sələfi Arkadi Qukasyan idilər.

Saakyanla Qukasyan məhkəmə zalında Köçəryanla görüşüblər, qucaqlaşıb öpüşüblər.

Bu səhnənin əks olunduğu fotolar Ermənistan mediasında və sosial şəbəkələrdə yayılandan sonra N.Paşinyanın tərəfdarlarının səbr kasası daşıb.

Onlar Ermənistan ermənilərinin "karabaxtsi", yəni "qarabağlı" adlandırdıqları, əslən Dağlıq Qarabağdan olan ermənilərin yer aldıqları klanın zəifləmək əvəzinə, daha da güclənməsindən narahat olublar.

"Karabaxtsi" klanının liderləri Ermənistanın sabiq prezidentləri Robert Köçəryanla Serj Sarqsyandır.

Və əgər ötənilki "küçə inqilabı" nəticəsində devrilmiş Serj Sarqsyana ermənilərin rəğbəti o qədər böyük deyilsə, Robert Köçəryan böyük siyasətə qayıdışını bəyan edəndən sonra tərəfdarlarının sayını sürətlə artırmaqdadır.

Nikol Paşinyanıbu proses çox narahat etdiyindən o, S.Sarqsyanı yox, məhz R.Köçəryanı ölkə daxilində özünə ən böyük təhlükə sayır.

Və yanılmır.

Məhz bu səbəbdən o, Robert Köçəryanın azadlığa buraxılmasından sonra tərəfdarlarını Ermənistan məhkəmələrini blokadaya almağa, məhkəmələrin qarşısında aksiyalar keçirməyə çağırmışdı.

Nikol Paşinyanın dediyinə görə, məhkəmə sisteminin islahatları "cəmiyyətdə demokratik dəyişikliklərə əlavə təkan verəcək".

İrəvandakı mitinqdə də bu fikir refren kimi təkrarlanıb. Aksiyanın təşkilatçılarından biri Civan Abramyan çıxış edərkən deyib: "Paşinyanı dəstəkləməli, məhkəmə sisteminin tamamən yenilənməsinə və genişmiqyaslı islahatların aparılmasına nail olmalıyıq. Məhkəmələr hələ də ölkənin əvvəlki hakimiyyətindən, "karabaxtsi" klanından asılıdır".

Daha sonra o, Bako Saakyanı hədələyib: "Dağlıq Qarabağdakı rejimin lideri reallıq hissini unutmamalıdır. Unudursa, camaat onun başını daşla əzəcək".

Təşkilatçılar növbəti aksiyanın iyunun 3-də keçiriləcəyini anons ediblər.

Bundan başqa, aksiya zamanı bir jurnalist bıçaqlanıb.

Mitinq çox böyük qalmaqala səbəb olub, "karabaxtsi" klanı ilə Nikol Paşinyan və onun tərəfdarları arasındakı qarşıdurmanı daha da dərinləşdirib.

Dağlıq Qarabağdakı rejimin "Milli Təhlükəsizlik Xidməti"nin sabiq rəhbəri, Bako Saakyanın xüsusi məsələlər üzrə müavini Arşavir Qaramyan sərt bəyanatla çıxış edərək İrəvandakı mitinqdə Bako Saakyanın ünvanına səslənmiş hədələrə hüquqi qiymət verilməsini tələb edib.

Rusiyadakı Erməni İttifaqının həmsədri Muhek Saakyan isə Facebook profilində yazıb: "Əgər bu mitinqin təşkilatçılarının Nikol Paşinyanla və hakimiyyətdəki partiya ilə heç bir əlaqəsi yoxdursa, ölkənin hakimiyyət dairələrindən baş verənlərə dərhal reaksiya verilməsini, elə aqressiv aksiyaların təkrarlanmasının təminatını tələb edirik".

N.Paşinynın lideri olduğu "Mənim addımım" blokunun funksioneri, Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan və diasporla iş üzrə sabiq nazir, deputat Mxitar Hayrapetyan az qala and içərək "mitinqin təşkilatçılarını tanımırıq" deyiblər.

İrəvan rəsmiləri inadla inkar etsələr də, vəziyyət həddən ziyadə ciddidir. Hətta İrəvanla Xankəndi arasında "soyuq savaş"ın başlandığı da vurğulanır.

Nikol Paşiyanın rəqibləri sürətlə artır. Onların arasında sabiq prezident və baş nazir Serj Sarqsyanla bu adamın sədr olduğu Respublika Partiyası, Sarqsyanın nəzarətindəki media, habelə sabiq prezident Robert Köçəryanla onun aktivləri və tərəfdarları xüsusi yer tuturlar.

Sarqsyan-Köçəryan duetinə N.Paşinyanı hakimiyyətə gətirən "inqilab"da iştirak edən, amma sonucda adekvat "mükafat" almadıqlarını düşünənlər də qatılırlar.

Paşiyanın rəqiblərinin sayı hökumətlə məhkəmələr arasındakı qarşıdurmanın nəticələrindən asılı olmayaraq daha da çoxalacaq.

Dağlıq Qarabağ erməniləri və Xankəndidəki xunta qarşıdurmada xüsusi yer tutur.

N.Paşinyan Dağlıq Qarabağda keçiriləcək "prezident seçkiləri"ndə öz adamının, kreaturasının qələbəsini təmin etməyə çalışır.

Bako Saakyan və Arkadi Qukasyanın isterik bəyanatlarına rəğmən, Xankəndinin İrəvandan üz dördərməsi mümkün deyil. Çünki qarabağlı ermənilərin dönməyə yerləri yoxdur.

"Karabaxtsi"lərin "Rusiyaya birləşmək" adlı idiotik layihəsi isə, ümumiyyətlə, unudulub.

Qarabağlı ermənilər Bako Saakyandan beziblər. Daha doğrusu, onlar Saakyana nifrət edir, ondan iyrənirlər.

Dağlıq Qarabağda keçiriləcək "prezident seçkiləri"ndə xuntanın liderliyi uğrunda mübarizə üç nəfər arasında olacaq. Onlar qarabağlı ermənilərin silahlı dəstələrinin sabiq "komandan"ı Samvel Babayan, sabiq "nazir" Araik Harutyunyan və "general" Vitali Balasanyandır.

Arkadi Qukasyanın dönəmində iki dəfə həbsdə yatmış S.Babayan həm "karabaxtsi"lərin liderlərinə, həm də N.Paşinyana nifrət edir.

A.Harutyunyan özünü "Paşinyanın adamı" kimi qələmə versə də, onun hansı düşərgəyə mənsub olduğu hələ də konkret bilinmir.

V.Balasanyan isə birmənalı olaraq R.Köçəryanın buyruq quludur.

... Rusiyanın artıq aşkar şəkildə N.Paşinyana qarşı mövqe tutması və Ermənistanın baş nazirini ABŞ-ın marionetkası hesab etməsi də İrəvanın mövqelərini zəiflədib.

Paşinyanın imkanları və manevr müstəvisi sürətlə kiçilir. O, Robert Köçəryanı lider hesab edən "karabaxtsi"lərin öhdəsindən gəlməsə, hakimiyyəti ilə vidalaşmalı olacaq.

 

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:53 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
Hamısı