Ukrayna parlamenti ölkənin xarici işlər naziri Pavel Klimkinin istefasını qəbul etməyib.
APA TASS-a istinadən xəbər verir ki, P.Klimkin yeni prezident Vladimir Zelenski səlahiyyətlərinin icrasına başlayandan sonra istefa verib və parlament seçkilərində iştirak edəcəyini açıqlayıb.
Qeyd edək ki, Ukraynada növbədənkənar parlament seçkiləri iyulun 21-də baş tutacaq.