Argentina və Braziliya vahid valyutadan istifadə imkanlarını nəzərdən keçirir.
Eurasia Diary xəbər verir ki, “Globo” qəzetinin yaydığı məlumata görə, müvafiq plan Buenos-Ayresdə səfərdə olan Braziliya Prezidenti Jair Bolsonaru və ölkənin iqtisadiyyat naziri Paulu Qedes tərəfindən Argentinanın işgüzar dairələri ilə görüşləri zamanı səsləndirib.
Belə iqtisadi layihə əvvəllər də müzakirə olunub. İşgüzar dairələrdə olan mənbənin sözlərinə görə, bu, iki ölkənin siyasi mövqelərinin yaxınlaşmasının təbii davamıdır.
Gələcək valyutanın adı – peso real Cənubi Amerika dövlətlərinin hazırkı pul vahidlərinin adlarından (peso – Argentinanın, real – Braziliyanın valyutasıdır) götürülüb. Bu məsələ barədə danışıqların işgüzar birliklər xətti üzrə qarşılıqlı fəaliyyətin mexanizmləri çərçivəsində davam edəcəyi gözlənilir.