Dünən Sank-Peterburqda Çin prezidenti Şi Cinpinqin Rusiyaya səfərinin üçüncü günündə Rusiya prezidenti Vladimr Putinlə bir araya gəlib.
Təkbətək görüşdən sonra keçirilən konfransda liderlər maraqlı açıqlamalar veriblər.
Cinpinqin öz açıqlamasında deyib ki, Putin mənə görə ən yaxşı dostdur. Putin konfransdakı çıxışında ABŞ-ın dünya üzərində iqtisadi liderliyini qəbul etdiyi açıqlayıb.
ABŞ-ın güclü rəqibləri ortaya çıxan kimi taktika dəyişdirərək sanksiya tətbiq etməyə başlayır. ABŞ-ın bu qərarı qəbuledilməzdir.
"Bir çox göstəriciyə əsasən, ABŞ dünya iqtisadiyyatının lideri olmağa davam edir. Həmişə beynəlxalq iqtisadi sahədə azad ticarət və demokratiya ideyasını yayır, ancaq bu gün nə olduğunu görürük. Fərqli bir siyasət var", - Putin qeyd edib.
Bu açıqlamadan sonra bir jurnalist Putindən soruşur ki, “Siz ABŞ-Çin ticarət savaşında kimin tərəfini tutardınız?” Putin bu suala Çin atalar sözü ilə cavab verib: “Pələnglər savaşanda ağıllı meymun kənarda durub kimin qalib gələcəyini gözləyir”.