Bu gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir | Eurasia Diary - ednews.net

24 Avqust, Şənbə


Bu gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir

Dünya A- A A+

Bu gün Qazaxıstan vətəndaşları ölkənin yeni prezidentini seçir.

Eurasia Diary-nin “TASS”-a istinadən verdiyi məlumata görə, prezident postu uğrunda yeddi namizəd mübarizə aparacaq. 

Nursultan Nazarbayevin rəhbərlik etdiyi "Nur Otan" partiyasından namizəd hazırkı prezident Kasım-Jomart Tokayevdir.

"Ak Jol" demokratik partiyasından isə p prezidentliyə namizəd parlamentin deputatı Daniya Espaevadır. O, Mərkəzi Seçki Komissiyasının prezidentliyə namizəd kimi qeydə alınmış ölkədə ilk qadındır.

Namizədlər arasında bir nəfər də jurnalist var. Bu, “Ult Taqdırı” milli-vətənpərvərlik hərəkatından Amirjan Kosanovdu.

Qeyd edək ki, Qazaxıstan Konstitusiyasına əsasən, ölkə prezidenti 5 il müddətinə gizli səsvermə yolu ilə seçilir. 

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...