Ermənistanda UNESCO siyahısına daxil olan Axpat monastır kompleksində güclü yanğın olub.
RİA Novosti xəbər verir ki, ölkənin şimalında – Lori vilayətində yerləşən monastırdakı yanğının söndürülməsinə 4 yanğınsöndürən briqadası və xilasedicilər cəlb olunub.
Yanğın zamanı zərərçəkənlərin olub-olmaması barədə məlumat verilmir.
Qeyd edək ki, Axpat monastır kompleksi 1996-cı ildə UNESCO siyahısına salınıb.