İrəvandan Vana ilk reysdə təxribat - Ermənilərin Türkiyəyə həyasız torpaq iddiası | Eurasia Diary - ednews.net

17 İyun, Bazar ertəsi


İrəvandan Vana ilk reysdə təxribat - Ermənilərin Türkiyəyə həyasız torpaq iddiası

Dünya A- A A+

Bu gün tarixdə ilk dəfə Ermənistanda İrəvan-Van reysi fəaliyyətə başlayıb.

Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, bunu ermənişünas alim İsmayıl Tanrıverdi qeyd edib. O bildirib ki, cəmi 35 dəqiqəyə Van şəhərinə çatan təyyarə Gürcüstana aid olsa da, sərnişinlər mayın 30-da Ermənistanda keçirilən “ümumerməni” oyunlarının iştirakçısı olan xarici və yerli ermənilər olub.

İ.Tanrıverdi ermənilərin bu dəfə də öz təxribatlarından geri qalmadıqlarını deyib:

“Onlar “Qərbi Ermənistan” adlandırdıqları türk torpaqlarını ziyarət edəcəklərini və avqustun 6-da Musa dağı adlandırdıqları dağın zirvəsində məşəl yandırmaqla öz məqsədlərinə çatacaqlarını bildiriblər. Sonra isə Van şəhər meriyasının əsas rəhbərliyinin kürd millətindən ibarət olduğunu nəzərə alaraq, qrup halında ora gedərək bu təyyarə reysinin daimi olması üçün tələb irəli sürəcəklərini söyləyiblər. Bir sözlə, erməni mətbuatı bu səfərin əsas məqsədinin “Ermənilərin ata-baba torpaqlarına ziyarətlərinin sayının artırılması, kürdlərlə dostluq münasibətlərini genişləndirmək və Türkiyəni daxildən zəiflətmək”dən ibarət olduğunu etiraf etməkdən də çəkinmirlər”.

Qeyd edək ki, olayla bağlı Türkiyədən hələlik heç bir reaksiya yoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...