"Erməni olsaydım, bunu gizlətməzdim" - İmamoğlu | Eurasia Diary - ednews.net

17 İyun, Bazar ertəsi


"Erməni olsaydım, bunu gizlətməzdim" - İmamoğlu

Dünya A- A A+

Türkiyənin Cümhuriyyət Xalq Partiyasından İstanbul meri vəzifəsinə namizəd olan Əkrəm İmamoğlu “The Times” nəşrinə müsahibə verib.

İmamoğlu Türkiyə hakim dairələrinin yanlış informasiya yaymaqla əhalini onun milliyyətcə türk deyil, yunan olduğuna inandırmağa çalışdığını deyib.

“Yunan olsaydım, heç vaxt bunu gizlətməzdim. Erməni olsaydım, milli mənsubiyyətimi heç vaxt gizlətməzdim”, - deyə o vurğulayıb.

Qeyd edək ki, martın 31-də keçirilən bələdiyyə seçkilərində İmamoğlu cüzi fərqlə iqtidarın namizədi Binəli Yıldırıma qalib gəlib. Lakin may ayında Türkiyə Mərkəzi Seçki Komissiyası səsvermə zamanı qanun pozuntularını əsas gətirərək İstanbuldakı seçkilərin nəticələrini ləğv edib. Təkrar seçki iyunun 23-nə təyin olunub.

oxu.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...