"Nazarbayevin yoluna sadiq qalacağam" - Jomart Tokayev | Eurasia Diary - ednews.net

17 İyun, Bazar ertəsi


"Nazarbayevin yoluna sadiq qalacağam" - Jomart Tokayev

Dünya A- A A+

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Nursultan Nazarbayevin apardığı xarici siyasət kursunu davam etdirməyə söz verib.

Eurasia Diary xəbər verir ki, Tokayev bunu seçki məntəqəsində jurnalistlərə verdiyi açıqlamasında deyib.

“Əlbəttə, mən bu barədə öz seçkiqabağı kampaniyamda danışmışam. Qazaxıstan davamlılığını qoruyacaq. Xarici siyasət kursuna gəldikdə isə o, birinci prezident Nursultan Nazarbayevin apardığı kimi qalacaq. Xalqımızı bir çox məsələlər narahat edir. Buna görə də seçkilər – ölkəyə kimin rəhbərlik edəcəyini, gələcəkdə ölkədə nə olacağını müəyyən etmək üçün yaxşı haldır”, - Tokayev bildirib.

Qeyd edək ki, bu gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir. Qasım-Jomart Tokayevin namizədliyi Nur Otan Partiyasından irəli sürülüb.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...