Moldovanın Konstitusiya Məhkəməsi baş nazir səlahiyyətlərini icra edən Pavel Filipə parlamenti buraxmaq və növbədənkənar seçki elan etmək üçün müvəqqəti olaraq prezident səlahiyyətlərinin verilməsinə qərar verib.
Eurasia Diary xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin rəsmi saytında məlumat dərc olunub.
"Baş nazir səlahiyyətlərini icra edən Pavel Filip Moldova Respublikası prezidentinin səlahiyyətlərinin müvəqqəti icraçısı kimi Konstitusiya məhkəməsinə X çağırış parlamentinin ləğvi haqqındakı şəraitin mövcud olduğunu müəyyənləşdirmək üçün müraciət etməli, daha sonra parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi üçün sərəncam verməlidir”, - Konstitusiya Məhkəməsindən bildirilib.
Bildirilib ki, Prezident İqor Dodonun parlamenti buraxmaqdan imtina etməsi Konstitusiya öhdəliklərinin yerinə yetirilməməsi kimi qiymətləndirilir.
***
Moldovada prezident səlahiyyətlərini icra edən Pavel Filip parlamentin buraxılması barədə sərəncam imzalayıb.
Qeyd edək ki, Dodon parlamenti buraxmaqdan imtina etdikdən sonra Moldovada rusiyayönümlü Moldova Cümhuriyyəti Sosialist Partiyası ilə qərbyönümlü sağ blok “ACUM Da şi PAS” koalisiya hökumətini formalaşdırdığı bildirilmişdi.
Parlamentin iclasında Zinaida Qreçani Moldova parlamentinin sədri, Prezident İqor Dodonun namizədliyini irəli sürdüyü Həmrəylik Partiyasının lideri Maya Sandunun isə baş nazir seçildiyi qeyd edilmişdi.