Qazaxıstanda seçkilər - İlkin nəticələr açıqlandı | Eurasia Diary - ednews.net

20 İyun, Cümə axşamı


Qazaxıstanda seçkilər - İlkin nəticələr açıqlandı

Dünya A- A A+

Qazaxıstanda yerli vaxtla saat 12:00-a olan seçici fəallığı 35.1 faizə bərabər olub.

Eurasia Diary xəbər verir ki, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının üzvü Ləzzət Süleyman məlumat verib.

***

Qazaxıstanda yerli vaxtla saat 16:00-a olan məlumata əsasən, prezident seçkilərində 65,9 faiz seçici səs verib.

Xatırladaq ki, Qazaxıstanda prezidentlik uğrunda 7 nəfər mübarizə aparır.

***

Qazaxıstanda prezident seçkiləri başa çatıb.

***

Ölkənin hazırki prezidenti Qasım-Jomart Tokayev 69,94 faiz səslə növbədənkənar prezident seçkilərinin qalibidir.

Bu barədə “Gənclər” Elmi-Tədqiqat mərkəzinin eksit-pol nəticələrində qeyd edilib.

İkinci yerdə 14,96 faizlə Kosanov, üçüncüdə isə 4,78 faizlə Yespayev qərarlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...