Dodon parlamentin buraxılması ilə bağlı fərmanı ləğv etdi | Eurasia Diary - ednews.net

20 İyun, Cümə axşamı


Dodon parlamentin buraxılması ilə bağlı fərmanı ləğv etdi

Dünya A- A A+

Moldova Prezidenti İqor Dodon prezident vəzifəsini müvəqqi icra edən Pavel Filipin parlamentin buraxılması və növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı fərmanını ləğv edib.

Eurasia Diary-nin “Qafqazinfo”ya istinadla verdiyi xəbərə görə, bu barədə o, Ali Təhlükəsizlik Şurasının iclasından sonra keçirdiyi brifinqdə bildirib.

Dodonun sözlərinə görə, eyni zamanda Demokratlar partiyasının vitse-prezidenti olan Filipin fərmanı Konstitusiya qaydalarına uyğun gəlmir.

Qeyd edək ki, Moldovanın Konstitusiya Məhkəməsi parlamenti buraxmaq və növbədənkənar seçkilər keçirmək üçün ölkə Prezidentinin səlahiyyətlərinin müvəqqəti icrasının Baş Nazir Pavel Filipə həvalə olunması barədə qərar çıxarıb. Bununla da İqor Dodonun prezidentlik səlahiyyətləri dondurulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...