Psixologiya üzrə fəlsəfə doktoru və İnci psixoloji mərkəzin direktoru Ramidə Məmmədova təlimlə bağlı fikirlərini Eurasia Diary ilə bölüşüb.
"Praktik psixoloqlar yeniliklərə açıq olmalı və özlərini mütəmadi inkişaf etdirməlidirlər. MDR metodu post-travmatik xəstəliklər üzrə çox əhəmiyyətlidir. Psixoloqlar da müəyyən müddət ərzində yüklənmələrə məruz qalır. MDR təlimlərindən sonra isə özümü daha gümrah və rahat hiss elədim."
Psixoloq düşünür ki, MDR üsulunun digərlərindən fərqi bir problemə dəfələrlə yanaşma və nümunənin götürülməsidir. Burada isə pasiyentlərin özü vasitəsi ilə problem öyrənilir.
"MDR səviyyəsi modullara daxil olarsa, başqa ölkələrdəki kimi Azərbaycanda da inkişaf edəcək. Həmkarlarımızın iştirakı və marağı artarsa, o zaman daha çox uğur əldə edə biləcəyik və təlimlər daha da çox yayıla biləcək."
Psixoloq Arzu Qurbanlı treninqi müsbət qiymətləndirib. O, MDR terapiya ilə biliklərinin artdığını və gələcəkdə öz işlərində tətbiq etməklə uğura nail ola biləcəyini söyləyib.
"MDR ilə problemi daha ətraflı araşdırmaq və dəqiq cavab almaq olur. Təlimçinin də dediyi kimi, bu metodda pasiyentə sadəcə psixoloq kimi deyil, misal üçün polis kimi yanaşmalıyıq. Yəni problemə psixoloq kimi həssas deyil, polis kimi birbaşa yanaşmaq lazımdır".