ABŞ bu barədə Ankara ilə razılaşmasına baxmayaraq, YPG qüvvələrini Menbiçdən çıxarmadı.
Eurasia Diary xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“ABŞ və koalisiya YPG ilə əməkdaşlıq edir, onları dəstəkləyir. İndi isə onları çıxarmağa çətinlik çəkirlər. Bir il əvvəl Menbiçlə bağlı razılığa gəldik, YPG oradan çıxmalı idi. Bəs niyə çıxmadı? Bu barədə səylərimiz davam edir”, - Çavuşoğlu bildirib.