Salvador hökuməti Polasorio Cəbhəsi ilə bütün əlaqələri kəsdiyini və Mərakeşin ərazi bütövlüyünü tanıdığını bəyan edib.
Bu barədə Salvador prezidenti Nayib Bukele çıxışında deyib. "Mərakeşlə münasibətlərimiz uzun zamandır zəifləmişdi. Buna səbəb isə özünü Qərbi Səhra Ərəb Respublikası (SADR) adlandıran bir ölkəni tanımağımız, Polasorio ilə dövlət səviyyəsində münasibətlər yaratmağımız olub. Əslində belə bir mövqe sərgiləməklə yalnız Mərakeşlə deyil, əksər ərəb ölkələri ilə siyasi-iqtisadi əlaqələrimzi daraltmışıq. Hesab edirəm ki, bütün bunlar ədalətsizdir və günümüzdə real diplomatik qaydalara cavab vermir" deyib prezident Bukele.
Dövlət başçısı əlavə edib ki, Qərbi Səhra ilə əlaqələrin kəsilməsi haqda Salvador və Mərakeş Xarici işlər nazirlərinin imzaladığı birgə bəyanatın mətni BMT və digər regional təşkilatlara da göndəriləcək.