Zelenski daha bir ilkə imza atdı | Eurasia Diary - ednews.net

17 İyul, Çərşənbə


Zelenski daha bir ilkə imza atdı

Dünya A- A A+

Bu gün Ukraynada ilk dəfə rəsmi olaraq Atalar Günü qeyd edilir.

Eurasia Diary xəbər verir ki, ölkə prezidenti Vladimir Zelenskinin müvafiq fərmanına əsasən Ukraynada ailə institutunun möhkəmlənməsi və uşaqların tərbiyəsində ataların əməyini qiymətləndirmək məqsədilə iyunun üçüncü həftəsinin bazar günü bundan sonra Atalar günü kimi keçiriləcək.

Qeyd edək ki, Atalar günü ilk dəfə 1910-cu ildən ABŞ-da qeyd edilməyə başlayıb. Bu bayramın təşəbbüskarı Vaşinqton ştatından olan xanım Dodd olub. Onun anası vaxtsız vəfat etdikdən sonra atası Uliyam Smart təkbaşına 6 uşağı böyüdüb. Dodd atasına təşəkkür əlaməti olaraq belə bayramım qeyd edilməsi təklifi ilə çıxış edib. 1972-ci ildən isə Atalar günü ABŞ-ın rəsmi milli bayramı kimi qeyd olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...