Yeni Zelandiya sahillərində 6,3 bal gücündə zəlzələ baş verib.
Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, "UTC" vaxtı ilə saat 05:17-də qeydə alınan yeraltı təklanların episentri L'Esperans adasında 93 kilometr şimal-şərqdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.