"ABŞ Çini çıxılmaz duruma salmasın!" - Tokayev | Eurasia Diary - ednews.net

16 Dekabr, Bazar ertəsi


"ABŞ Çini çıxılmaz duruma salmasın!" - Tokayev

Dünya A- A A+

ABŞ iqtisadi savaşdan dolayı Çinlə kompromis tapmalı və bu ölkəni çıxılmaz vəziyyətə salmamalıdır.

Eurasia Diary Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev deyib.

Dövlət başçısı iki ölkə arasındakı ziddiyyətlərdən dolayı narahatlığını ifadə edib:

“Risklər var. Biz ABŞ-Çin arasıdakı iqtisadi müharibədən dolayı narahatıq. Qazaxıstan Çinə təbii qaynaqlar ixrac edən böyük ölkələrdən biridir. Qazaxıstan mallarının qiymətləri enə bilər. Əsas risk də elə bundadır. Düşünürük ki, gec və ya tez iki ölkə razılığa gələcək. Çin rəhbərlərinin və xalqının psixologiyasına bələdəm və bilirəm ki, belə bir razılıq əldə olunacaq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...