Erməni milyarder Samvel Karapetyan Ermənistan Baş naziri Nikol Paşinyana Kremldən xüsusi mesaj gətirib.
Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “İrates” qəzeti yayıb.
“Nikol Paşinyan-Samvel Karapetyan görüşü bəzi dairələrdə ikincinin Ermənistana yeni iqtisadi proqramlar haqqında danışmaq üçün gəldiyi barədə təəssürat yaradıb. Əslində isə Karapetyan Paşinyana Kremldən xəbər gətirib. O, Ermənistana səfir kimi gəlib və Paşinyana hesablaşması gərəkdiyi rus elitasının mesajlarını çatdırıb. Bu mesajlar iqtisadi və siyasi mahiyyət daşıyır.