BMT-nin insan haqları üzrə ali komissarı Mişel Baçelet Venesuelanın prezidenti Nikolas Maduro və müxalifət lideri Xuan Quaydo ilə görüşəcək.
APA-nın xəbərinə görə, bu barədə M.Baçelet rəsmi “Twitter” səhifəsində məlumat yayıb.
Bildirib ki, görüşdə Venesueladakı siyasi və humanitar böhran müzakirə olunacaq.
Qeyd edək ki, Mişel Baçelet ötən gün prezident Nikolas Maduronun dəvəti ilə Venesuelaya gedib.