“Beynəlxalq Pravoslav Assambleyasının (MAP) Tiflisdə keçirilən iclasında baş verənlər Rusiya-Gürcüstan münasibətlərinin pozulmasına yönəlmiş addımdır”.
Eurasia Diary Teleqraf.com-a istinadən xəbər verir ki, bunu rusiyalı deputat Sergey Qavrilov deyib.
Qavrilovun fikrincə, bu, əvvəldən məqsədyönlü şəkildə hazırlanmış plandır:
“Etirazlar ingilis dilində danışan şəxslər rəhbərlik edirdi”.
Qeyd edək ki, MAP-ın dünən Gürcüstan parlamentində keçirilən iclası gürcü deputatların etirazından sonra təxirə salınıb.
İclasda iştirak edən Sergey Qavrilovun çıxışına etiraz edən deputatlar Rusiya əleyhinə şüarlar səsləndirib.
Etirazlar paytaxtın küçələrində davam edib. Meydana çıxan minlərlə Gürcüstan vətəndaşı Rusiyaya etiraz edib.