Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze istefa verib.
Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bu barədə "Gürcü Arzusu" partiyasının keçirdiyi brifinqdə elan olunub. Bildirilir ki, qərar "Gürcü Arzusu" partiyasının siyasi şurasının iclasında qəbul edilib.