Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə və ABŞ İrana çağırış edib.
Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, çağırışda İranın bölgədə sabitliyi pozduğu diqqətə çatdırılıb.
"Rəsmi Tehranı regional sabitliyi qorumağa və gərginlik yaradan addımlar atmamağa çağırırıq", - bəyanatda bildirilib.
Bundan başqa, sözügedən 4 ölkə husilərə də çağırış edərək hücumları dayandırmağa səsləyib.