Yeni investisiyaların cəlbi üçün Azərbaycan şirkətlərinin seçilməsinə başlanılacaq | Eurasia Diary - ednews.net

23 Sentyabr, Bazar ertəsi


Yeni investisiyaların cəlbi üçün Azərbaycan şirkətlərinin seçilməsinə başlanılacaq

Dünya A- A A+
Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən "ASK Business Consulting" (ABK) şirkəti ilə Səudiyyə Ərəbistanının "Global Projects Development Holding Co" şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.
 
Hafta.az yazır ki, memorandum “Global Projects Development Holding Co" ilə ABK arasında ortaq inkişaf hədəflərinin həyata keçirilməsinə yönəldilmiş, beynəlxalq və Azərbaycan şirkətləri arasında əməkdaşlıq, inteqrasiya imkanlarını stimullaşdırmaq məqsədi daşıyır. Bu məqsədlə, "Global Projects Development Holding Co" ABK-ı məsləhətçi kimi tanıyır.
 
Memorandumda Azərbaycan şirkətlərinin xarici maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsində dəstəyin göstərilməsi, yerli sahibkarlar və şirkətlər tərəfindən təklif olunan investisiya layihələr (biznes-planlar) məlumat bazasının yaradılması və ilkin təhlili, investisiya layihələrin baxılması, seçilməsi prosesində birbaşa iştirak və s. nəzərdə tutulur.
 
Sənədi "Global Projects Development Holding Co" şirkətinin direktoru Badear Bhaişan əl-Mutairi və "ASK Business Consulting" şirkətinin direktoru Fərqanə Həsənova imzalayıb.
 
ASK-ın vitse-prezidenti Vüqar Zeynalov hər iki tərəfə uğurlar arzulayaraq, yeni investisiyaların cəlbində Azərbaycan şirkətlərinin seçilməsi prosesinə start veriləcəyini vurğulayıb.
 
Badear Bhaişan əl-Mutairi isə qeyd edib ki, ASK-ı komanda kimi görür və eyni qrupda işləməyə hazırdırlar. O, Azərbaycandakı şirkətlərə investisiya yatırmaq planları ilə bərabər Azərbaycan şirkətlərinin məhsullarını Körfəz ölkələrinə çıxarılmasına dəstək verməyə hazır olduqlarını bildirib.
 
“ASK üzvləri arasında rəqabətədavamlı məhsul istehsalçıları çoxdur və onlar xaricə, xüsusən də Körfəz ölkələrinə çıxmaqda maraqlıdırlar”. Bu fuikirləri cavab olaraq V.Zeynalov söyləyıb.
 
Badear Bhaişan əl-Mutairi Bakıda olduğu bir həftə ərzində turizm potensialının onun diqqətini cəlb etdiyini qeyd edərək, bu sahədə bazarın vəziyyəti barədə hesabat toplamağı xahiş edib. Bundan başqa, Azərbaycanın sığorta sektoru ilə bağlı vəziyyətlə maraqlanan xarici investor sığorta sahəsində çalışan bir şirkətə investisiya yatırımı niyyətini də açıqlayıb.

 

hafta.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...