"İrəvanın şimal və cənub qapısı da bağlanır" - Şarmazanov | Eurasia Diary - ednews.net

21 Sentyabr, Şənbə


"İrəvanın şimal və cənub qapısı da bağlanır" - Şarmazanov

Dünya A- A A+

Rusiya-Gürcüstan və ABŞ-İran münasibətləri ətrafında vəziyyət Ermənistan üçün ciddi problemlər yaradır.

Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov danışıb.

“Rusiya-Gürcüstan münasibətlərində gərginlik Ermənistanın maraqlarına uyğun deyil. Biz çox narahatıq. Rusiya bizim müttəfiqimiz və qardaş ölkəmizdir. Gürcüstan bizim qonşumuz və həmçinin qardaş ölkəmizdir”, - Şarmazanov bildirib.

Onun sözlərinə görə, sözügedən vəziyyətdən Ermənistan heç bir divident əldə edə bilməz. Hazırkı proseslər həm iqtisadi, həm də siyasi planda mənfi təsirlərlə müşahidə edilə bilər.

Moskva ilə Tiflis arasında yaranmış gərginlik barədə danışan Şarmazanov Rusiya tərəfində heç bir səhv görmədiyini qeyd edib.

“İstənilən təşkilatçı ölkə öz ərazisindəki tədbir zamanı təhlükəsizliyi təmin etməlidir”, - Şarmazanov söyləyib.

O bildirib ki, İrəvanda Azərbaycan nümayəndələrinin iştirakı ilə dəfələrlə tədbir keçirilib və bənzər proseslər yaşanmayıb. Öz növbəsində erməni deputatlar da Bakıya səfər edib və burada da ciddi insidentlər qeydə alınmayıb.

“Gürcüstandakı vəziyyətə ABŞ-İran münasibətlərindəki gərginliyi də əlavə etsək, belə çıxır ki, Ermənistanın şimal və cənub sərhədlərində ciddi problemlər yaranıb. Hazırkı hakimiyyət çox çətin geosiyasi vəziyyətdədir”, - Şarmazanov bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...