Kadırovun evinə hücum - Cangüdənlər atəş açdı - VİDEO | Eurasia Diary - ednews.net

7 Dekabr, Şənbə


Kadırovun evinə hücum - Cangüdənlər atəş açdı - VİDEO

Dünya A- A A+

Çeçenistan prezidenti Ramzan Kadırovun evinə silahlı hücum olub.

Eurasia Diary Teleqraf.com-a istinadən xəbər verir ki, hücum edən şəxs zərərsizləşdirilib.

Prezidentin paytaxt Qroznıdakı evinə dünən axşam saatlarında bir nəfər hücum edib.

Avtomobillə Kadırovun evinin yerləşdiyi küçəyə daxil olan şəxs evin qapısındakı gözətçilərə atəş açmağa başlayıb. Nəticədə iki polis yaralanıb.

Bundan sonra təhlükəsizlik xidmətinin əməkdaşları avtomobildə olan hücumçunu yaxalamağa cəhd edib. Baş verən atışma zamanı hücum edən şəxs öldürülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...