Ərdoğandan Makrona sərt ismarıc - "Fransa, sən danışa bilməzsən!" | Eurasia Diary - ednews.net

18 Noyabr, Bazar ertəsi


Ərdoğandan Makrona sərt ismarıc - "Fransa, sən danışa bilməzsən!"

Dünya A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın Kiprlə bağlı mövqeyini sərt şəkildə tənqid edib.

Sputnik Azərbaycan "Habertürk"-ə istinadən xəbər verir ki, Ərdoğan Kiprlə bağlı üç zəmanət verən ölkə olduğunu qeyd edib: "Türkiyə danışa bilər, çünki o zəmanət verən ölkədir. Yunanıstan və İngiltərə də zəmanət verən ölkələrdir. Ancaq Fransa sən danışa bilməzsən. Sənin belə bir səlahiyyətin yoxdur".

Xatırladaq ki, Kipr adasının şelf zonasında və xüsusi iqtisadi zonasında qaz yataqları aşkarlanıb. Türkiyə isə öz növbəsində regionun təbii sərvətlərində onun da haqqının olduğunu bəyan edir. Hazırda bu ərazidə Türkiyəyə məxsus "Fatih" qazma qurğusu var. Bundan əlavə "Yavuz" gəmisi də regiona cəlb olunub. Yunanıstan və Kipr rəhbərliyi isə Xüsusi iqtisadi zonada Türkiyə gəmiləri tərəfindən geoloji kəşfiyyat işlərinin aparmasını təxribat kimi dəyərləndirib.

Artıq məsələyə Avropa Komissiyası da reaksiya verməli olub. Belə ki, Türkiyənin regionda addımlarının qəbuledilməz olduğunu bəyan edən Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker Türkiyəyə qarşı tədbirlərin görüləcəyini bəyan edib: " Biz bu məsələdə Kiprlə tamamilə həmrəyik. Türkiyənin Kiprin ərazi sularında etdikləri tamamilə qəbuledilməzdir. Avropa Komissiyasına məsələ ilə bağlı təkliflərin hazırlanması tapşırılıb. Bu təkliflər tez bir zamanda qəbul olunmalıdır. Biz elə də edəcəyik. Bu yumşaq qərarlar olmayacaq".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...