Türkiyədə hərbi xidmətin müddəti endirildi - 92 il sonra | Eurasia Diary - ednews.net

23 Sentyabr, Bazar ertəsi


Türkiyədə hərbi xidmətin müddəti endirildi - 92 il sonra

Dünya A- A A+

Türkiyədə "Hərbi xidmət haqqında" qanuna 92 ildən sonra dəyişikliklər edilib.

Eurasia Diary-nin APA-ya istinadən məlumatına görə, dəyişikliklər Türkiyə Böyük Millət Məclisində qəbul olunub.

Türkiyədə 1927-ci ildə qəbul edilən "Hərbi xidmət haqqında" qanuna edilən dəyişikliklər arasında ödənişli hərbi xidmətin müddətli olması, əsgərlik müddətinin 6 aya endirilməsi, eyni zamanda 130 min əsgərin erkən tərxis olunması da yer alıb.

Bu gün TBMM-də qəbul edilən qanun layihəsi təsdiq olunmaq üçün Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...