ABŞ-ın birinci xanımı Melanya Trampın şəxsi köməkçisi Stefani Qrişam Ağ Evin rəsmi nümayəndəsi təyin ediləcək.
Eurasia Diary ONA-ya istinadən xəbər verir ki, bu barədə M.Tramp özünün “Twitter” səhifəsində yazıb.
Melanyanın sözlərinə görə, Qrişam Ağ Evin yeni mətbuat katibi və əlaqələr direktoru olacaq.
Qeyd edək ki, S.Qrişam M.Trampla 2015-ci ildən işləyir. O, iyunun əvvəlində istefaya gedəcəyini elan edən Sara Sandersi əvəzləyəcək.