“2017-ci ildə dünyada 271 milyon şəxs narkotikdən istifadə edib” - BMT-dən açıqlama | Eurasia Diary - ednews.net

22 İyul, Bazar ertəsi


“2017-ci ildə dünyada 271 milyon şəxs narkotikdən istifadə edib” - BMT-dən açıqlama

Dünya A- A A+

2017-ci ildə dünyada 271 milyon insan kannabis, kokain, opium və sintetik narkotikdən istifadə edib. Narkotik maddələrə görə 35 milyon insana həkim yardımı lazım olub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu məlumat BMT-nin Narkotiklər və cinayətkarlıq üzrə idarəsi tərəfindən hazırlanan “Narkotiklər haqqında ümumdünya hesabatı-2019” adlı sənəddə göstərilib.

BMT ekspertlərinin informasiyasına görə, hesabat dövrü ərzində narkotik asılılığa görə tibbi müdaxiləyə ehtiyac duyan şəxslərdə 5 milyonluq artış var. Adları çəkilən maddələrdən bir ildə ölənlərin sayının isə 585 min olduğu bildirilir.

Dünyada ən çox yayılan narkotik növü isə kannabis hesab olunur. Ən təhlükəlisi isə ildə ən az yarım milyon insanın canını alan heroin və opium sayılır.

2017-ci ildin ilk rübündə istehsal olunan kokainin həcmi 1976-cı ildən bu yana 25% artıb. Bu maddənin hazırlanma mərkəzi isə Kolumbiya hesb olunur. (70%) Kokainin əsas istehlak bazarı Şimali Amerika, Qərbi və Şərqi Avropa ölkələridir. Heroinin əsas istehsal mənbəyi Əfqanıstandır. Onun Balkan ölkələri vasitəsilə Avropaya ötürüldüyü bilinir.

Qeyd olunur ki, BMT Baş Assambleyasının 1987-ci ilin dekabrın 7-də qəbul etdiyi qətnamə ilə bu gün, yəni iyunun 26-sı həm də Beynəlxalq narkotik vasitələrdən sui-istifadə və qanunsuz dövriyyəsi ilə mübarizə günü kimi qeyd olunur.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...