Gürcüstanda deputatın həbsi üçün parlament baş prokurorluğa icazə verib | Eurasia Diary - ednews.net

12 Dekabr, Cümə axşamı


Gürcüstanda deputatın həbsi üçün parlament baş prokurorluğa icazə verib

Dünya A- A A+

Gürcüstan parlamentinin Hüquq və Prosessual məsələlər komitəsində aparılan səsvermədə Vahid Milli Hərəkat partiyasından olan deputat Nika Melianın həbsinə icazə verilib.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, Gürcüstanın Baş prokurorluğunun parlamentə müraciəti əsasında keçirilən səsvermədə Hüquq və Prosessual komitə  üzvlərinin əksəriyyəti deputatın saxlanılmasının lehinə səs verib.

Qeyd edək ki, ötən gün Gürcüstanın baş prokurorluğu  Vahid Milli Hərəkat partiyasından olan deputat Nika Melianın həbsi barədə qərar qəbul edib. Prokurorluq qərarın həyata keçirilməsi məqsədi ilə millət vəkilinin toxunulmazlığının və millət vəkili mandatının ləğv edilməsi haqqında parlamentə müraciət edib.

Nika Melia Tbilisidə keçirilən mitinq zamanı baş verən zorakılığı təşkil etməkdə, liderlik və iştirak etməkdə günahlandırılır.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...