Vladimir Putin İnquşetiyaya yeni rəhbər təyin edib | Eurasia Diary - ednews.net

7 Dekabr, Şənbə


Vladimir Putin İnquşetiyaya yeni rəhbər təyin edib

Dünya A- A A+

Mahmud Əli Kalimatov İnquşetiya rəhbəri vəzifəsini icra edəcək. 

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, Vladimir Putin yeni təyinatla bağlı müvafiq əmr imzalayıb. 

Bildirilib ki, bundan əvvəl Rusiya Prezidenti respublikanın sabiq başçısı Yunus-Bek Yevkurovla görüşüb, onun istefasını qəbul edərək, işlədiyi dövrdəki xidmətlərinə görə təşəkkür edib. 

Qeyd edək ki, İnquşetiyanın yeni rəhbər vəzifəsini icra edəcək Kalimatov 9 aprel 1959-cu ildə anadan olub. O, Kuybişev Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 
Samara, habelə İnquşetiya Prokurorluğunda çalışıb.

2015-ci ildən son təyinatadək Samara rayonunda Təbiətə Nəzarət İdarəsinə rəhbərlik edib.

Evlidir, iki övladı var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...