Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında münasibətlər 2011-ci ildə BƏƏ-nin Bakıdakı səfirliyi açıldıqdan sonra daha çox yaxın olmuşdur. Ümumilikdə, iki ölkə arasındakı münasibətləri iki dövr qismində təsnif etmək mümkündür: Birinci dövr Səfirlik açılmazdan öncə, və ikinci dövr Səfirliyin Bakıda fəaliyyətə başladıqdan sonrakı dövr.
Əməkdaşlıq davamlı yolla inkişaf etmişdir. Azərbaycan, əsasən, BƏƏ-yə meyvə, meyvə şirələri, qoz-fındıq, qida və metal məhsullar ixrac edir. BƏƏ isə Azərbaycana, əsasən, elektronika, yüksək texnologiya məhsulları, tikinti materialları və sənaye məhsulları ixrac edir. [1]. Əlavə olaraq, polietilen polimer, mebel, maşın hissələri də, həmçinin, BƏƏ-nin Azərbaycana ixracatları sırasındadır.
Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan Birgə Hökumətlərarası İqtisadi Komitə təsis etmişlər. Onun məqsədi ikitərfli səviyyədə ticarət və investisiyanı genişləndirməklə və gələcəkdə ikitərəfli investisiyalar və birgə layihələr üçün yeni təşəbbüslər araşdırmaqla iki ölkə arasında iqtisadi əməkdaşlığı gücləndirməkdir.
Qarşılıqlı rəsmi səfərlər və görüşlər iqtisadi əməkdaşlığa dair müzakirələrə və doqquz mühüm sektor üzrə gələcək əməkdaşlıq qurmağa yol açmışdır. Bu sahələrə kənd təsərrüfatı, bərpa olunan enerji, turizm, ətraf mühit, su, kommunikasiya, müasir texnologiya və hava nəqliyyatı daxildir. Ən önəmlisi BƏƏ və Azərbaycan böyük həvəs və inamla hər iki ölkədə bizneslərin arasında əməkdaşlığın genişlənməsi naminə ticarət və investisiya imkanları yaratmaq üzərində çalışırlar.
Vurğulanmalıdır ki, ən önəmli görüşlərdən biri hökumətlər arasında 2017-ci il aprel ayında BƏƏ-Azərbaycan Birgə İqtisadi Komitənin 6-cı sessiyasında baş tutmuşdur. Ən görkəmli layihə təşəbbüsləri məhz bu görüşdə razılaşdırıldı. Belə layihələrdən biz DP World Şirkəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Bakı Limanı arasında 2016-cı il sazişini xatırlayırıq. Sənədə əsasən Azərbaycanda Ələt Azad Ticarət Zonası yaradılırdı. Bu əməkdaşlıq BƏƏ və Azərbaycan arasında ən uğurlu layihələrdən biri hesab olunur.
Dubay Ticarət və Sənaye Palatasının xaricdə ilk ofisinin məhz Bakıda açması da BƏƏ və Azərbaycan arasındakı əməkdaşlığın digər əsas məqamlarındandır. Beləliklə, Azərbaycanın paytaxtı birbaşa olaraq hər iki ölkədə iqtisadi artımı və ikitərəfli münasibətləri dəstəkləmiş olur.
Azərbaycan BƏƏ şəhərləri ilə də spesifik olaraq biznes əlaqələri qurmağa davam etmişdir. Buna missal olaraq, Azərbaycan tərəfindən iqtisadi nümayəndə heyətinin Şərca şəhərinə səfərini göstərə bilərik. Şərca Ticarət və Sənaye Palatasında tərəflər hər iki ölkə üçün səmərəli olacaq inkişaf məsələləirni müzakirə etmişlər.
Bütövlükdə, yaxın keçmişdə baş vermiş hadisələrə nəzər saldıqda, görürük ki, hər iki tərəf davamlı olaraq əməkdaşlığı gücləndirmək istiqamətində səylərini davam etdirir. Bu ilin yanvar ayında Dubayda Azərbaycan Ticarət Evi açıldı. Ticarət Evi müxtəlif sahələr üzrə Azərbaycana dair müfəssəl məlumat təminatı rolunu daşıyır. Qiymətləndirmələr göstərir ki, Ticarət Evinin fəaliyyəti BƏƏ-yə qeyri-neft ixracatını artıracaq. Burada 600-dan artıq Azərbaycan məhsulu var. Rəqəmlər həm də 2017-ci il ilə müqayisədə 2018-ci ildə ikitərəfli ticarət dövrüyyəsinin 50.8% artaraq, böyük potensiallı ikitərəfli əlaqələrin mövcudluğunu təsdiq etmişdir.
Abdalla AlShamsi
Bakıdakı BƏƏ Missiya rəhbərinin müavini