Bəhreyn Xarici İşlər Nazirliyi İraqdakı səfirliyinə hücumdan sonra səfir Salah əl-Maliki məsləhətləşmək üçün geri çağırıb.
Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Bəhreyn Dövlət Agentliyi yayıb.
Qeyd edək ki, səfirliyə hücum Bəhreyndə ABŞ-ın vasitəçiliyi ilə Fələstinlə bağlı görüşün təşkil edilməsinə etiraz olaraq həyata keçirilib. Hücum zamanı səfirliyin binasının şüşələri sındırılıb, ölkənin bayrağı endirilərək, yerinə Fələstin bayrağı asılıb.