Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 zirvəsində “Rəqəmsal iqtisadiyyat”, “Qlobal iqtisadiyyat”, “Ticarət və sərmayə” başlıqlı tədbirlərdə iştirak edib.
Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun informasiya verib.
Ərdoğan daha sonra liderlərin şərəfinə verilmiş işgüzar ziyafətdə Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makronla ayaqüstü söhbət edib.