Rusiya Prezidenti Vladimir Putinlə G20 sammiti çərçivəsindəki görüşün şəraiti “Oskar” mükafatının təqdimetmə mərasiminə bənzəyirdi.
Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
“Akademiyanın mükafatlandırmasına bənzəyir. Çox axmaqcadır”, – Tramp Putinə müraciət edərək deyib.
Prezidentin bu cür danışmasına səbəb rus və amerikalı jurnalistlərin protokol qaydalarına əməl etməməsi olub. Belə ki, jurnalistlər qışqıraraq suallarını liderlərə verməyə cəhd göstərib, uca səslə canlı yayım aparıb.
Səs-küy liderlərin bir-birini eşitməsinə mane olub.